Heydər Əliyev Fondu və “Zəif eşidənlər dünyası” Regionlararası İctimai Gənclər Təşkilatı fevralın 10-da Moskvada “Bakı” kinoteatrının konsert salonunda “Biz həyatı sevirik” adlı xeyriyyə konserti təşkil edəcəkdir. Bunu təşkilatın prezidenti Artyom Maslov bildirmişdir. Konsertdə azərbaycanlı və rusiyalı əlil uşaqların, “Anqelı nadejdı” (“Ümid mələkləri”) rəqs kollektivinin və tanınmış artistlərin çıxışları olacaqdır.
10 noyabr 2007
Dünya Diabet gününün qeyd olunduğu ərəfədə - noyabrın 13, 14 və 15-də Heydər Əliyev Fondunun binası mavi rənglə işıqlandırılacaqdır. BMT-nin rəmzi olan mavi rəng bütün millətləri birləşdirən səmanı əks etdirir və bu aksiyanın keçirildiyi 155 ölkədə şəhərlərin möhtəşəm binaları məhz bu rəngdə boyanacaqdır. Məqsəd ictimaiyyətin diqqətini dünya miqyasında sağlamlığa ciddi təhlükə mənbəyi sayılan diabetə ...
24 oktyabr 2007
Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın ev sahibliyi ilə oktyabrın 28-dən noyabrın 3-dək Bakıda “Gənclər sivilizasiyaların alyansı naminə” təşəbbüsü çərçivəsində beynəlxalq konfrans və bir sıra digər tədbirlər keçiriləcəkdir.Təşəbbüs 2006-cı ildə Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumu tərəfindən irəli sürülmüşdür...
1 oktyabr 2007
Beynəlxalq əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə daim önəm verən Heydər Əliyev Fondun Moskvada 22 ölkənin iştirakı ilə keçiriləcək “BibliObraz-2007” Beynəlxalq festivalında iştirak edəcəkdir.Rusiya Federasiyasının birinci xanımı Lyudmila Putinanın təşəbbüsü ilə artıq ənənəyə çevrilən festival oktyabrın 9-dan 11-dək Moskvanın “Manej” mərkəzi sərgi zalında...
20 may 2006
İyunun 12-də Heydər Əliyev Fondunda "Orta əsr əlyazmalarında tibb və əczaçılıq" mövzusunda üçgünlük Beynəlxalq konfrans keçiriləcəkdir. Məlum olduğu kimi, Azərbaycanın nadir tibb əlyazmaları YUNESKO-nun Dünya Yaddaşı Proqramının Beynəlxalq Siyahısına daxil edilib. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım ...