Pres-relizlər

İyulun 25-dən 31-dək Heydər Əliyev Fondunun və Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Qəbələdə VII Beynəlxalq Musiqi Festivalı keçiriləcək. Builki festivalda Rusiya, Ukrayna, İtaliya, İspaniya, İsrail, Avstriya, Xorvatiya, Almaniyadan dünya şöhrətli musiqiçilər və kollektivlər – İtaliya simfonik Orkestri, “Moskva virtuozları” kamera orkestri...

posterA2_2015.jpg

İyunun 11-dən 14-dək Bakıda Heydər Əliyev Fondunun təşəbbüsü ilə VI “Qız qalası” Beynəlxalq İncəsənət festivalı keçiriləcək. İçərişəhərdə baş tutacaq ənənəvi festivalda 17 ölkədən 27 rəssam iştirak edəcək. “Qız qalası” Beynəlxalq İncəsənət Festivalı 2010-cu ildən keçirilir. Layihənin məqsədi 2000-ci ildə UNESCO-nun Dünya İrs Siyahısına daxil edilmiş İçərişəhərin...

Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Mstislav Rostropoviç Fondunun təşkilatçılığı ilə mayın 17-dən 24-dək Bakıda VIII Beynəlxalq Rostropoviç Festivalı keçiriləcək. Festivalda xarici ölkələrdən dünya şöhrətli musiqiçilər və kollektivlər – Luici Kerubini Gənclər Simfonik Orkestri, Qalina Vişnevskayanın Opera İfaçılığı Mərkəzi...

Mayın 4-də Parisdə, UNESCO-nun iqamətgahında Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Azərbaycan: ənənədən müasirliyə” adlı sərgi açılacaq. Şəhər sakinləri və qonaqlara layihə çərçivəsində üç sərgi təqdim olunacaq: “Azərbaycan: ənənədən gələcəyə”, “Bakı-2015” birinci Avropa Oyunlarına həsr olunmuş sərgi və “Azərbaycan müasir incəsənəti” sərgisi...

Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycanın UNESCO yanındakı daimi nümayəndəliyinin təşkilatçılığı ilə Azərbaycan mədəniyyəti günləri çərçivəsində silsilə tədbirlər keçiriləcək. “Avropa Muzeylər gecəsi” və ölkəmizin mədəniyyəti günləri çərçivəsində mayın 6-da UNESCO-nun mənzil iqamətgahında UNESCO-nun Təcili Qorunmaya Ehtiyacı Olan Qeyri-Maddi Mədəni İrs Siyahısına...