Oktyabrın 29-da "Gülüstan" sarayında Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə Musiqi Forumu işə başlayıb. Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan Forumda Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva...