Nəşrlər

Heydər Əliyev Fondu Azərbaycan Respublikasının xalq artisti, böyük sənətkar, virtuoz kamançaçalan Habil Mustafa oğlu Əliyevin 80 illik yubileyinə həsr olunmuş musiqi albomu hazırlamışdır. Alboma kitab və kamança ustadının ifasında xalq, bəstəkar mahnıları, muğamlardan və sənətkarın özünün bəstələdiyi musiqi parçalarından ibarət 4 ədəd kompakt disk daxildir...

Heydər Əliyev Fondu Azərbaycan musiqi mədəniyyətinin görkəmli nümayəndəsi Əlibaba Məmmədovun həyat və fəaliyyətinə həsr olunmuş musiqi albomu hazırlamışdır. Alboma Azərbaycan və ingilis dillərində nəşr edilən kitab və xanəndənin xalq mahnıları, təsniflər və muğamlardan ibarət 4 ədəd kompakt diski daxildir...

Heydər Əliyev Fondu “Muğamı yaşadanlar” adlı buklet nəşr etmişdir. Buklet Heydər Əliyev Fondunun muğamın qorunması və daha geniş miqyasda təqdim olunması istiqamətində həyata keçirdiyi layihələr haqqında geniş məlumatı əks etdirir.Buklet Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın giriş sözü ilə başlayır...

file1210766632782.jpg

Görkəmli dövlət xadimi və siyasi xadim, Azərbaycanın ümummilli lideri Heydər Əlirza oğlu Əliyevin 85 illik yubileyi münasibətilə İTAR-TASS agentliyi və Heydər Əliyev Fondu “Heydər Əliyev: Qəlbimin bir hissəsi Rusiyadadır...” adlı fotoalbom buraxmışdır.Əlamətdar haldır ki, RF Dövlət Dumasının sədri Boris Qrızlov bu fotoalbomun ilk...

001.JPG

Aprelin 11-də Heydər Əliyev Fondunda Azərbaycanın musiqi mədəniyyəti tarixində xüsusi yeri olan xalq artisti, bəstəkar, pianoçu Rafiq Babayevin yaradıcılığını əhatə edən musiqi albomunun təqdimatı olmuşdur. Heydər Əliyev Fondunun hazırladığı bu albom həm də Ermənistanın xüsusi xidmət orqanlarının əli ilə 1994-cü il martın 19-da Bakı metrosunda törədilmiş terror aktının qurbanı olan...