Nəşrlər

1400586014.jpg

Heydər Əliyev Fondunun yaradılmasının 10 illiyi münasibətilə qurumun 2004-2014-cü illərdəki fəaliyyətini əks etdirən kitab-albom nəşr edilib. Kitab-albom Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sözləri ilə başlayır. Daha sonra nəşrin girişində ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti haqqında məlumat verilir. Kitab-albomda...

gabusname.jpg

Heydər Əliyev Fondu 2009-cu ildə rus dilində nəşr etdiyi “Qabusnamə” kitabını yenidən Azərbaycan və rus dillərində nəşr edib. Bir çox Şərq ölkələrində məşhur olan kitabın bu nəşri Heydər Əliyev Fondunun 10 illik yubileyinə həsr olunub. “Qabusnamə” tərbiyəyə və etikaya aid mühüm məsələləri özündə ehtiva edən etik-didaktik əsərdir. Bu əsəri 1082-1083-cü illərdə Azərbaycanın...

11.gif
Heydər Əliyev Fondunun və Heydər Əliyev Mərkəzinin birgə layihəsi çərçivəsində dahi alman bəstəkarı Rixard Vaqnerin (1813-1883) “Mənim həyatım” kitabı Azərbaycan dilində nəşr olunub. Aprelin 4-də Heydər Əliyev Mərkəzində kitabın təqdimat mərasimi keçirilib. Əvvəlcə Heydər Əliyev Fondunun Azərbaycan mədəniyyətinin inkişafı və dünyada tanıdılması...
kniga3.jpg

Heydər Əliyev Fondu və Heydər Əliyev Mərkəzinin birgə layihəsi çərçivəsində “Muğam haqqında əlyazmalar toplusu” nəşr edilib. Topluya Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun xəzinəsində saxlanılan musiqiyə həsr olunmuş əlyazmalar daxildir. 3 kitabdan ibarət topluya yeddi əsər daxil edilib. 1-ci kitab “Behcətür-ruh”dur...

iran-azertac-qarabaq-haqiqatlari-farsca.jpg

Heydər Əliyev Fondunun nəşri olan “Qarabağ həqiqətləri” bukletlər toplusu AzərTAc-ın İran nümayəndəliyi tərəfindən fars dilində çap etdirilib. Beş hissədən ibarət topluda Azərbaycanın ayrılmaz parçası olan Qarabağın tarixi, maddi və mədəni irsi, arxeoloji qazıntıları, ermənilərin bu bölgəyə köçürülməsi barədə sənədlər və faktlar, XX əsrin sonlarında Ermənistanın və dünyadakı...