Nəşrlər

Heydər Əliyev Fondu tanınmış rus alimi, yazıçı-tarixçi, professor Rudolf İvanovun "Əlahəzrətin general-adyutantı. Hüseyn xan Naxçıvanski haqqında dastan" kitabını nəşr etmişdir. Kitab Rusiyanın 20 mükafatı və 9 xarici orden ilə təltif olunmuş, rus ordusunun qocaman və adlı-sanlı alaylarına komandanlıq etmiş görkəmli həmyerlimizin həyatı və əsgəri rəşadətindən bəhs edir...

"Heydər Əliyev Fondu - 2005-2006" kitabı Azərbaycan və ingilis dillərində nəfis tərtibatda çapdan buraxılmışdır. Kitab fondun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın "ÖN SÖZ"ü ilə açılır: "Azərbaycan xalqının yetirdiyi dahi şəxsiyyət, müdrik dövlət xadimi, müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin adını daşıyan fondun ...

Hər bir insanın probleminə, ictimaiyyətdə baş verən hadisələrə həssaslıqla yanaşan Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu mütəmadi olaraq müxtəlif sahələrə aid yeni layihələr hazırlayıb həyata keçirir. “Qarabağ həqiqətləri” bukletlər toplusu həyata keçirilmiş layihələr sırasında xüsusi əhəmiyyətə malikdir...  

1.jpg

Hər bir insanın probleminə, ictimaiyyətdə baş verən hadisələrə həssaslıqla yanaşan Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu mütəmadi olaraq müxtəlif sahələrə aid yeni layihələr hazırlayıb həyata keçirir. Yenicə nəşr olunmuş "Qarabağ həqiqətləri" silisiləsi həyata keçirilmiş layihələr sırasında xüsusi əhəmiyyətə malikdir...

_DSC2514.jpg

Heydər Əliyev Fondu dünya şöhrətli musiqiçi Mstislav Rostropoviçin və xanımı, məşhur müğənni Qalina Vişnevskayanın ailə həyatı qurmalarının 50 illiyi – “Qızıl toy” münasibətilə musiqili albom hazırlamışdır. Nəfis şəkildə tərtib olunmuş kitab ingilis dilində olmaqla Maestro və xanımının həyat və yaradıcılığını əks etdirən fotoşəkillərlə zəngindir. Kitabın ilk səhifəsində Mstislav Rostropoviçin və xanımı...