Heydər Əliyev Fondunun dəstəyi ilə görkəmli yazıçı, ədəbiyyatşünas alim və pedaqoq Mir Cəlal Paşayevin 100 illik yubileyinə həsr olunmuş “Mir Cəlal - 100” fotoalbomu nəşr edilmişdir. Kitabın ilk səhifəsində filologiya elmləri doktoru, professor Nərgiz xanım Paşayevanın Mir Cəlal Paşayev dünyası...
17 sentyabr 2008
Sentyabrın 17-də “Gülüstan” sarayında Heydər Əliyev Fondunun “Üzeyir dünyası” və “Azərbaycan muğamı ensiklopediyası” layihələrinin təqdimatı olmuşdur. Azərbaycanın musiqi mədəniyyəti tarixində xüsusi yeri olan, müasir Azərbaycan professional musiqi sənətinin və milli operanın banisi Üzeyir Hacıbəyliyə həsr olunmuş “Üzeyir dünyası” layihəsinə “Ömür salnaməsi”...
Məşhur Rusiya Dövlət Kitabxanası (keçmiş Lenin adına kitabxana) Heydər Əliyev Fondunun nəşr etdirdiyi Azərbaycan kitabları ilə zənginləşmişdir. Fondun Rusiya Federasiyasındakı nümayəndəliyinin rəhbəri Leyla Əliyeva kitabxanaya Azərbaycan dilində kitablar hədiyyə etmişdir. Bu kitablar Şərq ədəbiyyatı salonundakı xüsusi Azərbaycan nəşrləri sərgisinə əlavə olunmuşdur...
Heydər Əliyev Fondu Azərbaycan Respublikasının xalq artisti, böyük sənətkar, virtuoz kamançaçalan Habil Mustafa oğlu Əliyevin 80 illik yubileyinə həsr olunmuş musiqi albomu hazırlamışdır. Alboma kitab və kamança ustadının ifasında xalq, bəstəkar mahnıları, muğamlardan və sənətkarın özünün bəstələdiyi musiqi parçalarından ibarət 4 ədəd kompakt disk daxildir...
Heydər Əliyev Fondu Azərbaycan musiqi mədəniyyətinin görkəmli nümayəndəsi Əlibaba Məmmədovun həyat və fəaliyyətinə həsr olunmuş musiqi albomu hazırlamışdır. Alboma Azərbaycan və ingilis dillərində nəşr edilən kitab və xanəndənin xalq mahnıları, təsniflər və muğamlardan ibarət 4 ədəd kompakt diski daxildir...