Heydər Əliyev Cənubi Qafqazda uzun müddət ərzində ən əsas şəxsiyyət olmuşdur. Bu günlərdə Amerika Birləşmiş Ştatları və Azərbaycanın bəhrələndiyi dostluq əlaqələrinin qurulmasında və Azərbaycanın müstəqilliyinin qorunmasında onun şəxsi səyləri həyati əhəmiyyət daşımışdır. Məhz onun rəhbərliyi altında Amerika Birləşmiş Ştatları və Azərbaycan, Əfqanıstan və İraqdakı əməliyyatlar da daxil olmaqla, terrorizmə qarşı mübarizədə tərəfdaş olmuşlar. Dağlıq Qarabağ faciəsinin sülh danışıqları vasitəsilə ədalətli və uzunmüddətli həllinə nail olmaq sahəsində onun nümayiş etdirdiyi qətiyyət regionda sülh və sabitliyin saxlanmasında mühüm əhəmiyyət kəsb etmişdir. Eyni zamanda, onun mövqeyi və göstərdiyi səylər Azərbaycanın iqtisadi inkişafını möhkəmləndirən böyük həcmli xarici sərmayələrin cəlb olunmasında əsas rol oynamışdır. Bu nailiyyətlər milyonlarla azərbaycanlının həyatını yaxşılaşdırmış və Azərbaycanın iyirmi birinci əsrə müasir dövlət kimi daxil olmasına imkan yaratmışdır.
Corc BUŞ
Amerika Birləşmiş Ştatlarının Prezidenti
Bütün dünyada layiqli hörmət və böyük nüfuz qazanmış görkəmli dövlət xadimi
həyatdan getmişdir. Uzun illər ərzində Heydər Əlirza oğlu Əliyevin səmərəli
fəaliyyəti xalqlarımızın ümumi tarixi ilə bilavasitə bağlı olmuşdur. O, Rusiya
və Azərbaycanın strateji tərəfdaşlığının təməlini qoymuş, dostluğumuzun və
qarşılıqlı anlaşmamızın möhkəmlənməsinə böyük şəxsi töhfə vermişdir.
Onun vəfatı Müstəqil Dövlətlər Birliyi, bütün beynəlxalq birlik üçün əvəzsiz
itkidir.
Vladimir PUTİN
Rusiya Federasiyasının Prezidenti
Bu qeyri-adi şəxsiyyət Azərbaycanı çiçəklənmə yoluna gətirib çıxarmışdır.
Müxtəlif görüşlərimiz zamanı, xüsusilə Dağlıq Qarabağ münaqişəsi ətrafında
müzakirələr apararkən, münaqişənin sülh yolu ilə həllində onun cəsarətini,
müdrikliyini və qətiyyətini yüksək qiymətləndirdim.
Jak ŞİRAK
Fransa Respublikasının Prezidenti
Heydər Əliyev Azərbaycanın böyük lideri idi. O, böhranlar dövründə öz ölkəsinə
sabitlik gətirdi. Azərbaycan xalqı onun qoyduğu irs ilə fəxr edə bilər.
Onun Prezident kimi fəaliyyəti dövründə ölkələrimiz arasında münasibətlərdə
tərəqqi yarandı və Azərbaycan Avropa ilə əlaqələrini daha da yaxınlaşdırdı.
Onun 1998-ci ilin iyulunda Britaniyaya uğurlu səfəri, xüsusilə də, Dauninq
küçəsi 10 ünvanında yerləşən iqamətgahımda bizim görüşümüz yaxşı yadımdadır. O,
Azərbaycanla Birləşmiş Krallıq arasında hazırda mövcud olan güclü əlaqələrin
təməlini qoydu. Fəxr edirik ki, Britaniya şirkətləri tərəfindən qoyulan böyük
sərmayələr vasitəsilə Birləşmiş Krallıq Azərbaycanın gələcək tərəqqisinə
töhfələr verir.
Toni BLEYER
Böyük Britaniyanın Baş naziri
Heydər Əlirza oğlu Azərbaycan Respublikası üçün, MDB-nin inkişafı üçün,
Qazaxıstan və Azərbaycan xalqlarının çoxəsrlik dostluğunun möhkəmlənməsi üçün
çox işlər görmüşdür.
Nursultan NAZARBAYEV
Qazaxıstan Respublikasının Prezidenti
Beynəlxalq aləmdə tanınmış siyasətçi, Çin Xalq Respublikasına dostluq
münasibəti bəsləyən, Çin xalqının qədim dostu olan cənab Heydər Əliyev
Çin-Azərbaycan dostluq münasibətlərinin inkişafında böyük rol oynamışdır.
Xu SZİNTAO
Çin Xalq Respublikasının Sədri
Uzaqgörən və istedadlı idarəçiliyi sayəsində Azərbaycanın hər sahədə inkişaf
etməsini və bugünkü nüfuzlu mövqeyə çatmasını təmin edən Heydər Əliyevi şəxsən
tanıdığıma görə böyük şərəf və xoşbəxtlik hissləri keçirirəm.
Azərbaycanın əmin-amanlığı və çiçəklənməsi üçün göstərdiyi səylərlə yanaşı,
Heydər Əliyev bütün Qafqaz bölgəsinin sülhün bərqərar olduğu bir məkana
çevrilməsi istiqamətindəki fəaliyyəti ilə də daim xatırlanacaqdır.
Heydər Əliyevin dəyərli töhfələri ilə başlanmış müştərək layihələr dost və
qardaş dövlətlərimizi bir-birinə daha da yaxınlaşdıraraq, ölkələrimiz
arasındakı münasibətlərin sarsılmaz təməllər üzərində qurulduğunu bir daha
sübut etmişdir.
Mərhum Heydər Əliyev Azərbaycanın xoşbəxtliyi və firavanlığı, bölgədə və
dünyada sülh naminə göstərdiyi fövqəladə xidmətlərlə türk və dünya tarixində
şərəfli yer tutmuşdur.
Rəcəb Tayyib ƏRDOĞAN
Türkiyə Respublikasının Baş naziri
Heydər Əliyevin Azərbaycanın inkişafında və ölkələrimiz arasında əlaqələrin
gücləndirilməsində əvəzsiz xidmətləri olmuşdur. 1998-ci ilin iyul ayında
Birləşmiş Krallığa səfəri zamanı onunla olan görüşümüzü çox yaxşı xatırlayıram.
Kraliça II ELİZABET
Cənab Heydər Əliyevin regional sülh və dostluğa nail olunması, iki dost, qardaş
ölkə olan İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında
əlaqələrin dərinləşdirilməsi yolunda xidmətləri heç vaxt xatirələrdən
silinməyəcəkdir. Onun keçən il İran İslam Respublikasına çox səmərəli səfəri
ölkələrimizin əlaqələrində dönüş nöqtəsi olmuşdur.
Seyid Məhəmməd XATƏMİ
İran İslam Respublikasının Prezidenti
Hörmətli siyasətçi və dövlət xadimi kimi Heydər Əliyevin adı və nüfuzu
Azərbaycan Respublikasının beynəlxalq birlikdə qazandığı layiqli yerlə qırılmaz
surətdə bağlı olacaqdır.
Biz müasir beynəlxalq gerçəklik şəraitində Bolqarıstan-Azərbaycan dostluq
münasibətlərinin inkişafına və möhkəmlənməsinə Heydər Əliyevin böyük şəxsi
töhfəsini yüksək qiymətləndiririk.
Georgi PIRVANOV
Bolqarıstan Respublikasının Prezidenti
Azərbaycanın müstəqilliyinin təşəkkülündə və möhkəmlənməsində, beynəlxalq
aləmdə nüfuzunun yüksəlməsində, ölkələrimiz və xalqlarımız arasında ikitərəfli
münasibətlərin inkişafında və genişlənməsində Heydər Əliyevin tarixi rolu
misilsizdir.
İslam KƏRİMOV
Özbəkistan Respublikasının Prezidenti
Moldova Respublikasında Heydər Əliyevi həmişə böyük vətənpərvər kimi,
ölkələrimiz arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi uğrunda,
Avropada və bütün dünyada demokratiya idealları uğrunda, sabitliyin və
təhlükəsizliyin qorunub saxlanması uğrunda mübariz kimi tanımış və
qiymətləndirmişlər.
Heydər Əliyevin simasında Azərbaycan Respublikası uzun illər ərzində ölkənin
bütün həyatına dərindən nüfuz etmiş və Azərbaycanın tarixində əbədi yer tutmuş
böyük dövlət xadimini itirmişdir. Onun adı ölkənin müstəqilliyinin bərqərar
olmasında qazandığı tarixi nailiyyətlərlə daim bağlı olacaqdır.
Gerhard ŞRÖDER
Almaniya Federativ Respublikasının Federal
kansleri
Onun adı doğma torpaqla qırılmaz surətdə bağlıdır. Müstəqil və suveren
Azərbaycanın çiçəklənməsi və tərəqqisi, ölkədə ictimai-siyasi vəziyyətin
sabitləşməsi və regionda yorulmadan möhkəm sülh axtarışı Heydər Əlirza oğluna
bütün dünyada yüksək nüfuz və səmimi hörmət qazandırmışdır. Onun işləri və
xidmətləri qədirbilən Azərbaycan xalqının və bütün xoşməramlı insanların
xatirəsində əbədi yaşayacaqdır.
Emoməli RƏHMONOV
Tacikistan Respublikasının Prezidenti
Qırğızıstanda Heydər Əlirza oğlunu müstəqil Azərbaycanın təşəkkülünə və
inkişafına misilsiz töhfə vermiş görkəmli dövlət xadimi, dünya miqyaslı
siyasətçi kimi yaxşı tanıyırdılar.
Onun rəhbərliyi ilə Azərbaycan Respublikası müstəqil inkişaf yolunda böyük
uğurlar qazanmış, dünya birliyinin tanınmış və hörmətli üzvü olmuşdur. Heydər
Əlirza oğlu özünün bütün istedad və müdrikliyini, Vətənə məhəbbətini,
əməksevərliyini və fədakarlığını Azərbaycanın tərəqqisi işinə həsr etmişdir.
Əsgər AKAYEV
Qırğızıstan Respublikasının Prezidenti
Görkəmli dövlət xadimi Heydər Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan
Respublikası son illər dünya birliyində layiqli yer tutmuşdur. Azərbaycanda
hüquqi dövlət quruculuğu, iqtisadi islahatların uğurla həyata keçirilməsi
sahəsində görülən işləri diqqətlə izləyir və onları dəstəkləyirəm.
II İohan Pavel
Roma papası
Mərhum Heydər Əliyevin müdrik və uzaqgörən idarəçiliyi sayəsində Azərbaycan bu
gün xarici siyasətində etibar və sabitlik amili kimi çıxış edən, iqtisadi
inkişaf və sosial rifah yolunda möhkəm addımlarla irəliləyən, beynəlxalq
birliyin nüfuzlu bir üzvü kimi etibarlı mövqeyini gündən-günə təmin etməkdə
olan ölkədir. Azərbaycanın bu gün yürütdüyü uğurlu və tarazlaşdırılmış xarici
siyasətinin memarı olan Heydər Əliyevi itirməyimiz tarixi və mədəni tellərlə
bir-birinə bağlanmış olan xalqlarımızı dərindən kədərləndirmişdir.
Abdullah GÜL
Türkiyə Respublikasının xarici işlər naziri və Baş nazirin müavini
Rusiya üçün Heydər Əlirza oğlu Əliyev tarixə XXI əsrdə hərtərəfli
Azərbaycan-Rusiya münasibətlərinin, iki dövlətin strateji tərəfdaşlığının
möhkəmlənməsinin əqidəli və fəal tərəfdarı kimi daxil olmuşdur.
Vyaçeslav TRUBNİKOV
Rusiya Federasiyası xarici işlər nazirinin birinci müavini
Dağıstanlılar Heydər Əlirza oğlunu yaxşı tanıyırdılar və onun Dağıstana xoş
münasibətini həmişə xatırlayacaqlar, çünki onun bu münasibəti sayəsində
xalqlarımız arasında dostluq və mehriban qonşuluq ənənələri yaranmışdır və uzun
illərdən bəri mövcuddur. Onun adı xatirimizdə həmişəlik qalacaqdır.
Məhəmmədəli MƏHƏMMƏDOV
Dağıstan Respublikası Dövlət Şurasının Sədri
Müstəqil Dövlətlər Birliyi ölkələrinin siyasi həyatında Heydər Əlirza oğlunun
oynadığı rolu lazımınca qiymətləndirmək çətindir. Müdrik siyasətçi olaraq o, ən
mürəkkəb vəziyyətlərdə konstruktiv qərarlar tapmağı bacarırdı. Təkcə Azərbaycan
deyil, həm də postsovet məkanının bütün ölkələri nüfuzlu dövlət liderini
itirdilər.
Mintimer ŞAYMİYEV
Tatarıstan Respublikasının Prezidenti
Heydər Əlirza oğlu böyük siyasətçi, dahi dövlət rəhbəri və vətənpərvər, gözəl,
istedadlı insan kimi məşhur idi. Sovet dövlətinin, sonralar MDB-nin və
Azərbaycan Respublikasının tarixinin bir çox parlaq və əhəmiyyətli səhifələri
onun adı ilə bağlıdır.
Murtaza RƏHİMOV
Başqırdıstan Respublikasının Prezidenti
Bütün postsovet məkanında müasir siyasətçilərin bütöv bir nəslinin
yetişdirilməsində Heydər Əlirza oğlunun xidməti misilsizdir. Dünya səviyyəli
görkəmli dövlət xadimi kimi Heydər Əlirza oğlu ilə şəxsi görüşlərimlə bağlı
xatirələri qəlbimdə həmişəlik saxlayacağam.
Azərbaycan ilə Türkiyə arasında dərin kökləri olan tarixi və mədəni bağlar
vardır. Hörmətli Əliyev tarixdən gələn bu bağların yenidən canlandırılması və
Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərin inkişafı üçün fövqəladə səylər
göstərmişdir.
Bülənd ECEVİT
Demokratik Sol Partiyasının Sədri
Heydər Əliyev XX əsrin görkəmli liderlərindən biri kimi müasir demokratik
Avrasiyanın yeni tarixinin bugünkü qurucularındandır.
Çingiz Aytmatov,
Qırğızıstan Xalq yazıçısı
Heydər Əliyev böyük şəxsiyyətdir. O, mənim dostum, qardaşımdır. Onun yeri
həmişə ürəyimin başındadır.
Butros-Butros Qali
BMT-nin sabiq Baş katibi
Heydər Əliyevin müdrik rəhbərliyi sayəsində Azərbaycan keçmiş Sovetlər
Birliyinin lider dövlətləri ilə müqayisədə həddindən çox nailiyyətlər əldə
edibdir. O, həqiqətən yeni Azərbaycan dövlətinin qurucusudur.
Timm Eqqar
Böyük Britaniyanın energetika naziri
Mən Azərbaycanı, Azərbaycan xalqını Heydər Əliyev qədər sevən ikinci adam
tanımıram.
Nikolay Baybakov
keçmiş SSRİ Dövlət Plan Komitəsinin Sədri