Məhdud Fiziki İmkanlı İnsanlar üçün Yevlax Regional İnformasiya Mərkəzi

  • Layihə
  • Foto


Məhdud Fiziki İmkanlı İnsanlar üçün Yevlax Regional İnformasiya Mərkəzi Heydər Əliyev Fondunun “Kor və görmə qabiliyyəti zəif olan insanların İKT-yə çıxışının təmin edilməsi” layihəsi çərçivəsində inşa edilib. 2012-ci il oktyabrın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Regional İnformasiya Mərkəzinin açılışında iştirak edib.


Mərkəzin üçmərtəbəli binasında beş sinif, bir tədris, bir audio-studiya otağı, kitabxana və digər yardımçı otaqlar vardır. Burada model İKT sinifləri, kompyuter mərkəzi yaradılıb. Kompyuterlər üçün “Virqo” xüsusi proqram təminatı Azərbaycan dilinə tərcümə edilərək lokallaşdırılıb. Mərkəzdə “Pronto”, “Brayl” printeri və digər zəruri avadanlıqlar quraşdırılıb.



01.jpg
02.jpg
03.jpg
04.jpg
06.jpg
07.jpg
img_1062_slide2.jpg