img_24098.jpg
14 iyun 2015

“Qala” Qoruğunda IV Beynəlxalq “Tullantıdan sənətə” sərgisinin və “Tullantıdan sənətə” muzeyinin açılışı olub

İyunun 14-də “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda IV Beynəlxalq “Tullantıdan sənətə” sərgisinin və “Tullantıdan sənətə” muzeyinin açılışı olub.

 

Mərasimlərdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva iştirak edib.

 

Sərgidə 17 ölkədən 23 incəsənət nümayəndəsinin məişət tullantılarından istifadə edərək hazırladıqları sənət əsərləri yer alıb. Sərgi Heydər Əliyev Fondunun təşəbbüsü, “Təmiz Şəhər” ASC-nin təşkilatçılığı, IDEA İctimai Birliyinin, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin və “Q Gallery” incəsənət qalereyasının dəstəyi ilə reallaşdırılıb. Sərginin məqsədi tullantılara dəyər qazandırmaq, onlarla rəftarda məsuliyyətli yanaşmanı təbliğ etməkdir.

 

“Tullantıdan sənətə” sərgisi 2010-cu ildən etibarən Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Təmiz Şəhər” ASC-nin Qala qəsəbəsində icra etdiyi “Təmiz Qala” adlı pilot layihə çərçivəsində reallaşdırılır. Layihə çərçivəsində qəsəbə sakinləri üçün tullantıların idarə edilməsi ilə bağlı müxtəlif maarifləndirici tədbirlər keçirilir.

 

İyunun 14-də Qala qəsəbəsində “Tullantıdan sənətə” muzeyi də açılıb. Hər il bir neçə gün nümayiş olunan, həmçinin əvvəlki illərdə keçirilmiş “Tullantıdan sənətə” sərgilərində nümayiş olunmuş əsərlər bu muzeydə təqdim ediləcək.


FOTO