02_qaradaq-numayandalar---fond-ziyarat_.jpg
6 may 2013

Beynəlxalq konfransın iştirakçıları və Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının fəalları Heydər Əliyev Fondunda olublar

Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə “Heydər Əliyev və Azərbaycan Respublikasının beynəlxalq gənclər siyasəti” mövzusunda Qaradağ Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən beynəlxalq konfransın iştirakçıları və Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının fəalları mayın 6-da Heydər Əliyev Fondunda olublar.


Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyi ilə bağlı ziyarətə gələn mərkəzin əməkdaşlarına Fondun fəaliyyəti haqqında ətraflı məlumat verilib. Bildirilib ki, ümummilli liderin zəngin irsini öyrənən və təbliğ edən Fond müxtəlif sosial-iqtisadi, mədəni layihələr həyata keçirməklə Azərbaycanın tərəqqisinə, mədəniyyətinin və tarixinin təbliğinə kömək göstərir.


Qonaqlar Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən və Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxlu sənədlərlə, dünyanın tanınmış siyasi xadimlərinin hədiyyələri ilə ulu öndərə həsr olunmuş kitablarla, nüfuzlu elm, mədəniyyət və incəsənət xadimlərinin müstəqil Azərbaycan dövlətinin qurucusu haqqında fikirləri ilə tanış olub, xarici ölkələrin liderləri ilə görüşlər zamanı çəkilmiş fotoşəkillərə baxıblar.


Sonda qonaqlar Heydər Əliyevin şərəfli ömür yolundan bəhs edən “Böyük ömrün anları” sənədli filmini izləyiblər.


FOTO