8.1.jpg
14 may 2019

Azərbaycan Heydər Əliyev Fondunun təşkilatçılığı ilə 58-ci Venesiya Biennalesində təmsil olunur

Azərbaycan Heydər Əliyev Fondunun təşkilatçılığı ilə 58-ci Venesiya Biennalesi – Beynəlxalq İncəsənət Sərgisində təmsil olunur. Biennalidə ölkəmiz “Virtual reallıq” (“Virtual Reality”)  mövzusundakı milli pavilyonla iştirak edir.

 

Kampo Santo Stefanodakı XIV əsrə aid Lezze Sarayında açılan ekspozisiyada rəssam və heykəltəraşlar Zeyqəm Əzizov, Orxan Məmmədov, Zərnişan Yusif, Kənan Əliyev və Ülviyyə Əliyevanın əsərləri təqdim olunur.

 

Pavilyondakı multimedia əsərləri, instalyasiya və heykəllərin mövzusu bunları əhatə edir: insanlar hər gün heyrətamiz xəbər axını ilə üzləşir. Dünyada hər bir insan gün ərzində təxminən 150 dəfə telefonunu yoxlayır, 2 milyarddan çox insan sosial şəbəkələrdən istifadə edir. Saxta xəbərlər sosial şəbəkələr vasitəsilə daha çox paylaşılır, aparılan müzakirələrin əksər hissəsi isə onların doğru olub-olmadığı ilə bağlı deyil.

 

58-ci Venesiya Biennalesi noyabrın 24-dək davam edəcək.

 

Venesiya Biennalesi müasir incəsənət sahəsində dünyanın ən nüfuzlu sərgilərindən hesab olunur və iki ildən bir keçirilir. Azərbaycan bu beynəlxalq layihədə 2007-ci ildən iştirak edir. 


FOTO