İstanbulda “Bakı-2015” birinci Avropa Oyunlarının təqdimatı

  • Layihə
  • Foto
  • Video
  • Mətbuat


2014-cü il noyabrın 18-də İstanbulun “Çırağan” sarayında Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycanın Türkiyədəki səfirliyinin dəstəyi ilə “Bakı-2015”birinci Avropa Oyunlarının təqdimatına həsr olunmuş tədbir keçirilib.


Azərbaycanın birinci xanımı, birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva mərasimdə iştirak edib.


Tədbir çərçivəsində Azərbaycana aid fotosərgi və “Bakı-2015”ə həsr olunmuş “Biz birlikdə” adlı sərgi təşkil olunub. Bürünc heykəllərdən ibarət sərgidə Azərbaycanın 20-dən çox heykəltəraşının əsərləri nümayiş etdirilib. Qonaqlara Heydər Əliyev Fondunun nəşrləri təqdim olunub.


Mərasimdə “Bakı-2015” birinci Avropa Oyunlarına həsr edilmiş videotəqdimat olub.


Türkiyənin ictimai-siyasi dairələrinin nümayəndələri, mədəniyyət və idman xadimlərinin qatıldığı tədbir Elçin Şirinovun rəhbərlik etdiyi caz qrupunun konserti ilə davam edib.



0.jpg
01.jpg
02.jpg
03.jpg
04.jpg
05.jpg
06.jpg
07.jpg
08.jpg
09.jpg
010.jpg
011.jpg
012.jpg
013.jpg
014.jpg
016.jpg
017.jpg
018.jpg
019.jpg
019+.jpg
022.jpg
023.jpg
027.jpg
028.jpg
029.jpg
030.jpg
031.jpg
032.jpg
033.jpg
034.jpg
035.jpg

Türkiyənin ATV kanalında “Bakı 2015” birinci Avropa Oyunlarının İstanbulda keçirilmiş təqdimatı ilə bağlı reportaj yayımlanıb. Jurnalist Kamuran Abacıoğlu reportajda ilk Avropa Oyunlarına ev sahibliyi edəcək Bakının gözəlliyindən danışır, Azərbaycanda Avropa Oyunlarına hazırlığın yüksək səviyyədə aparıldığını bildirir. Reportajda Azərbaycanın birinci xanımı...

Noyabrın 18-də “Bakı-2015” birinci Avropa Oyunlarının İstanbulun “Çırağan” sarayında keçirilmiş təqdimat mərasiminə Türkiyə mətbuatı böyük maraq göstərib. Türkiyənin bir sıra nüfuzlu mətbuat orqanlarında mərasimlə bağlı geniş məqalələr yer alıb. Məqalələrdə “Bakı-2015” birinci Avropa Oyunlarının əhəmiyyəti vurğulanır, İstanbulda keçirilmiş təqdimat...

Türkiyə mediası Bakıda 2015-ci ildə keçiriləcək Birinci Avropa Oyunlarına hazırlıq  işlərinə geniş yer ayırıb. Ölkə mətbuatı ilk dəfə keçiriləcək Avropa Oyunları və ona ev sahibliyi edəcək Azərbaycanda görülən tədbirlər barədə yazır. Materiallarda qeyd olunur ki, 2015-ci il 12-28 iyun tarixlərində təşkil olunacaq oyunlarda 49 ölkədən 6000-dən...