Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi – Roma

  • Layihə
  • Foto


2018-ci il sentyabrın 25-də Romadakı Custiniani sarayında “Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi və Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında strateji tərəfdaşlıq münasibətləri” adlı konfrans keçirilib. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva konfransın açılışında iştirak edib.

 

Konfransda Azərbaycan Xalq Cümhuriyyətinin qısa müddət ərzində atdığı mütərəqqi addımlardan ətraflı bəhs olunub. Bildirilib ki, Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizdə dövlətçilik ənənələrinin formalaşmasında mühüm rol oynayıb. Yüz il bundan əvvəl formalaşan Azərbaycan parlamentində müxtəlif millətlərin nümayəndələrinin təmsil olunması mühüm addım kimi qiymətləndirilib.

 

İtaliya-Azərbaycan əlaqələrinin müxtəlif sahələrdə inkişaf etdiyi bildirilib. Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolu xüsusi vurğulanıb. Heydər Əliyev Fondunun ikitərəfli münasibətlərin inkişafına töhfəsi qeyd edilib.

 

Azərbaycan Xalq Cümhuriyyəti haqqında qısa film nümayiş olunub.

 

Sentyabrın 25-də Romada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə rəsmi ziyafət verilib. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva rəsmi ziyafətdə iştirak edib.

 

Tədbir çərçivəsində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə dair sənədli film nümayiş etdirilib, Azərbaycan musiqilərindən ibarət konsert proqramı və milli mətbəximizin nümunələrinin təqdimatı olub.

 

Tədbir iştirakçılarına Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan sərgi təqdim olunub.

 

Sərgidə Azərbaycan Xalq Cümhuriyyətinin keçdiyi tarixi yol, onun yaradıcıları və qazandığı uğurlar barədə məlumat verilib. Burada, həmçinin Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasəti, diplomatik uğurları, o dövrdə hərbi, mədəni, sənaye sahələrində həyata keçirilən islahatlar barədə də geniş məlumatlar yer alıb. Sərgidə, eyni zamanda, Azərbaycanın müstəqilliyinin bərpası, ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı, ölkəmizin qazandığı nailiyyətlərlə bağlı məlumatlar təqdim olunub.



DSC_1325.JPG
DSC_1330.JPG
DSC_1335.JPG
DSC_1341.JPG
DSC_1363.JPG
DSC_1366.JPG
DSC_1386.JPG
8.JPG
9.JPG
10.JPG
11.JPG
12.JPG
13.JPG
14.JPG
15.JPG
16.JPG
17.JPG
18.JPG
19.JPG
20.JPG
21.JPG