2018-ci il noyabrın 7-də Berlində Heydər Əliyev Fondunun və Azərbaycanın Almaniyadakı səfirliyinin təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib.
Tədbir iştirakçılarına Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə dair sərgi təqdim olunub.
Daha sonra rəsmi qəbul keçirilib.
Tədbir çərçivəsində Azərbaycan Xalq Cümhuriyyətinə həsr olunan sənədli film nümayiş etdirilib, tanınmış musiqiçilər Elçin Şirinovun və Şəhriyar İmanovun ifasında musiqi proqramı təqdim olunub.