Moskvada Nəsimi festivalı

  • Layihə
  • Foto

2018-ci il noyabrın 19-20-də Rusiyanın paytaxtı Moskvada Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Nəsimi - şeir, incəsənət və mənəviyyat Festivalı” keçirilib.

 

Festivalın məqsədi Şərqin dahi şair və mütəfəkkirlərindən biri olan İmadəddin Nəsiminin yaradıcılığını təbliğ etmək və iki ölkə arasında mədəni-ədəbi əlaqələri genişləndirməkdir.

 

Noyabrın 19-da festival çərçivəsində Moskva Beynəlxalq Əlaqələr İnstitutunda İmadəddin Nəsiminin büstünün açılış mərasimi olub. Açılış zamanı Nəsimi poeziyasından müxtəlif nümunələr də səsləndirilib.

 

Noyabrın 19-da M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Asiya və Afrika Ölkələri İnstitutunda (MDU AAÖİ) “Nəsiminin mənəvi irsi orta əsrlər Şərqinin tarixi-mədəni kontekstində” mövzusunda beynəlxalq elmi-praktiki konfransın açılışı olub.

 

Çıxışlarda İmadəddin Nəsiminin Azərbaycan poeziyasının inkişafında oynadığı roldan, dünya mədəniyyəti və ədəbiyyatına verdiyi töhfədən bəhs olunub. Tədbirdə MDU-nun tələbələri Nəsiminin şeirlərini müxtəlif dillərdə səsləndirib, Azərbaycan bəstəkarlarının mahnılarını ifa ediblər. Azərbaycan aktyorlarının ifasında “Mərhaba” adlı musiqili-poetik tamaşa təqdim edilib.

 

Noyabrın 20-də konfrans işini davam etdirib. Tədbirdə “Nəsimi festivalı: ideoloji-mədəni irsin dinamik interpretasiya təcrübəsi”, “Nəsimi və Yan Qus. Şərq və Qərbin mədəni birliyi”, “Nəsiminin dili –  dünən, bu gün, sabah” və digər mövzularda məruzələr edilib. Konfransda Nəsimi yaradıcılığını, şairin ədəbi-fəlsəfi irsini müxtəlif aspektlərdən təhlil edən çıxışlarla yanaşı, müasir gəncliyin mənəviyyatı, iki ölkənin gəncləri arasında əlaqələrin inkişafına dair müzakirələr də aparılıb.


02.jpg
03.jpg
04.jpg
05.jpg
09.jpg
10.jpg
13.jpg
14.jpg
15.jpg
16.jpg
17.jpg
18.jpg
19.jpg
20.jpg
22.jpg
23.jpg
24.jpg
25.jpg
26.jpg
27.jpg
28.jpg
30.jpg
31.jpg
32.jpg
33.jpg
34.jpg
35.jpg
36.jpg
37.jpg
39.jpg