“Ağrı” romanı

  • Layihə
  • Foto


2019-cu il fevralın 25-də Bakı Kitab Mərkəzində beynəlxalq münasibətlər üzrə tanınmış israilli ekspert Arye Qut və atası, yazıçı Əmir Qutun birgə qələmə aldıqları “Ağrı” bədii-sənədli romanının təqdimatı olub.

 

“Ağrı” romanında XX əsrin faciəsi - Xocalı soyqırımı ətraflı təsvir olunub. Müəlliflər canlı şahidlərin - Xocalıda kütləvi qırğından sağ çıxa bilmiş sakinlərin ifadələri əsasında “əzabkeş” erməni xalqının iç üzünü açıb, Azərbaycan xalqının kədərini və faciəsini ürəkağrısı ilə təsvir ediblər. Əsərdə müxtəlif dinlərə və millətlərə mənsub olan, fərqli mühitlərdə böyümüş, taleyin qisməti ilə gözəl Bakı şəhərində rastlaşan iki gəncin - Polad və Röyanın sevgi tarixçəsi təsvir olunur. Bildirilir ki, Röya hələ uşaq ikən erməni cəlladlarının Azərbaycanın Xocalı şəhərinin dinc sakinlərinə qarşı törətdikləri amansız qırğının şahidi olub. O, xalqının zorla cəlb edildiyi müharibənin bütün itki və dəhşətlərini yaşayıb. Röya böyüdükdən sonra soyqırımı zamanı sağ qalmış həmyerlilərinə itkin düşmüş doğmalarını və yaxınlarını tapmaq üçün kömək etmək qərarına gəlir. O, var qüvvəsi ilə Xocalı soyqırımı barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasına çalışır.



005.JPG
006.JPG
007.JPG
008.JPG
009.JPG
010.JPG
011.JPG
012.JPG
013.JPG
014.JPG