Xaçmaz rayonu Palıdlı kənd orta məktəbi

  • Layihə
  • Foto


Xaçmaz rayonunun Palıdlı kəndində orta məktəb Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində inşa edilib. 2013-cü il dekabrın 23-də məktəb istifadəyə verilib.

 

İkimərtəbəli təhsil ocağında kompyuter otağı, fənn kabinələri, kimya, fizika və biologiya laboratoriyaları, emalatxana, tikiş və dərzi otaqları, bufet, akt zalı, idman zalı, kitabxana yaradılıb, məktəb ən müasir avadanlıqlarla təmin olunub. Binanı istilik və elektrik enerjisi ilə təmin etmək üçün qazanxana və transformator yarımstansiyası qurulub.

 

Bütün tədris avadanlığı məktəbə Heydər Əliyev Fondu tərəfindən hədiyyə olunub.

 

Yeni məktəbdə Palıdlı kəndi ilə yanaşı, ətrafda yerləşən daha 5 kəndin şagirdləri də təhsil alacaqlar. Həmin yaşayış məntəqələrindən şagirdlərin məktəbə rahat gəlmələrini təmin etmək məqsədi ilə Heydər Əliyev Fondunun təşəbbüsü ilə məktəbə mikroavtobus verilib.



01.jpg
02.jpg
03.jpg
04.jpg
05.jpg
06.jpg
07.jpg
08.jpg
010.jpg
011.jpg
013.jpg
014.jpg
015.jpg
016.jpg
017.jpg
018.jpg
019.jpg
020.jpg
021.jpg
022.jpg
023.jpg
024.jpg
025.jpg
026.jpg
027.jpg