Goranboy şəhərində 1 nömrəli tam orta məktəb

  • Layihə
  • Foto


Goranboy şəhərində yerləşən 1 nömrəli tam orta məktəbin yeni binası Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilib.

 

Məktəb binası 1937-ci ildə tikilib, 40 sinif otağından ibarət olub. Təhsil müəssisəsi fiziki köhnəldiyindən və istifadəyə yararsız vəziyyətə düşdüyündən məktəb üçün yeni bina inşa edilib.

 

Təhsil müəssisəsi 700 şagird yerlikdir. 3 mərtəbəli 1 korpuslu məktəb zəruri mebel və avadanlıqlarla, fənn kabinetləri və laboratoriyalar əyani vəsaitlərlə təchiz olunub.

 

Məktəb binasında sinif otaqları, fizika, kimya, biologiya laboratoriyaları, informatika, hərbi təlim və tibb otaqları, qızlar və oğlanlar üçün əmək təlimi otaqları, kitabxana, yeməkxana, akt və idman zalları var.

 

Həyətyanı ərazidə abadlıq və yaşıllaşdırma işləri aparılıb.


01_.jpg
03_.jpg
05_.jpg
06_.jpg
08_.jpg
09_.jpg
10_.jpg
11_.jpg
12_.jpg
13_.jpg
14_.jpg
15_.jpg