Bakının Yasamal rayonundakı 82 nömrəli körpələr evi-uşaq bağçası 1963-cü ildə inşa edilib. “2011-2013-cü illərdə Bakı şəhərinin və onun ətraf qəsəbələrinin sosial-iqtisadi inkişafına dair” Dövlət Proqramına uyğun olaraq 2012-ci ilin martında binada yenidənqurma işlərinə başlanılıb. 2013-cü il mayın 3-də Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva bağçada yenidənqurmadan sonra yaradılmış şəraitlə tanış olub.
Heydər Əliyev Fondu bağçanı bütün zəruri avadanlıqla təchiz edib.