Ulyanovsk şəhərində 78 nömrəli orta ümumtəhsil məktəbi

  • Layihə
  • Foto


Rusiya Federasiyasının Ulyanovsk şəhərindəki 78 nömrəli orta ümumtəhsil məktəbinin binası Heydər Əliyev Fondunun “Təhsilə dəstək” layihəsi çərçivəsində əsaslı təmir edilib. 2013-cü il sentyabrın 1-də məktəbin açılışı olub.

 

Məktəbin dam örtüyü tamamilə təzələnib, binanın fasadı təmir edilib, plastik materialdan hazırlanmış pəncərələr və yeni işıqlandırma sistemi quraşdırılıb. Məktəbin kitabxanası yeni tədris vəsaitləri və digər nəşrlərlə zənginləşdirilib, 3 sinfi Azərbaycanda həyata keçirilən “1:1 gələcək üçün təhsil” layihəsi çərçivəsində istehsal edilmiş 20 ədəd “NEXUS” noutbuku ilə təchiz edilib. Məktəbdə Azərbaycan tarixi və mədəniyyəti muzeyi yaradılıb. Təhsil ocağında Azərbaycan milli tətbiqi sənətinin bəzi növlərinin tədrisi də nəzərdə tutulub. 



01.jpg
02.jpg
03.jpg
04.jpg
05.jpg
06.jpg