2011-ci il aprelin 19-da UNESCO -nun mənzil-qərargahında Azərbaycanın müstəqilliyinin 20-ci ildönümü münasibətilə “Azərbaycanın gənc istedadları” adlı möhtəşəm konsert proqramı təşkil olunub. Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva və təşkilatın baş direktoru İrina Bokova konserti izləyiblər.
Konsertdən sonra Mehriban Əliyevanın adından ziyafət verilib.