2009-cu ilin noyabr ayında Heydər Əliyev Fondunun təşəbbüsü ilə Avropa Parlamentinin mənzil-iqamətgahında ilk dəfə olaraq Azərbaycan mədəniyyəti günləri keçirilmişdir. Tədbir çərçivəsində Azərbaycan incəsənət ustalarının konserti keçirilmiş, rəsm əsərləri, bədii miniatürlər, Azərbaycanın qədim tətbiqi və xalçaçılıq sənətlərini əks etdirən eksponatlar, mis və əntiq əşyalar, eləcə də Heydər Əliyev Fondunun beşillik fəaliyyəti dövründə müxtəlif sahələr üzrə gördüyü işləri əks etdirən albom və kitabçalar nümayiş etdirilmişdir.