Mərdəkanda Heydər Cümə məscidi

  • Layihə
  • Foto


Mərdəkan qəsəbəsindəki Heydər Cümə məscidi Heydər Əliyev Fondunun təşəbbüsü ilə yenidən qurulub.

 

1893-cü ildən fəaliyyət göstərən məsciddə ötən illər ərzində heç vaxt əsaslı təmir işləri aparılmayıb. 2012-ci ildə məsciddə yenidənqurma işlərinə başlanılıb. 2013-cü il dekabrın 31-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva əsaslı yenidənqurmadan sonra məscidin açılışında iştirak edib.

 

Əvvəllər bir mərtəbədən ibarət olan məscidin ikinci mərtəbəsi inşa edilib və eyni vaxtda 130 nəfərin ibadət etməsi üçün şərait yaradılıb. Məsciddə iki dəstəmazxana, kitabxana, mədrəsə, 180 nəfərlik mərasim zalı, müxtəlif yardımçı otaqlar yaradılıb, minarə tikilib. 



0.jpg
001.jpg
002.jpg
008.jpg
009_.jpg