Dövlət, ölkə nə qədər çox xalqı birləşdirsə, bir o qədər zəngin olur, çünki onların hər biri ümumdünya mədəniyyətinə və sivilizasiyasına öz töhfəsini verir.
2007-ci ildə Heydər Əliyev Fondunun “Tolerantlığın
ünvanı - Azərbaycan” layihəsi çərçivəsində Bakıdakı Pravoslav
kilsəsində təmir-bərpa işləri aparılıb. Kilsəsinin asma tavanı bədii şüşələrləəvəz edilib, məbədin fasadı dəyişdirilib.