“Parisin ürəyində Azərbaycan etno-caz musiqisi” konsert proqramı

  • Layihə
  • Foto


2015-ci il sentyabrın 3-də Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Parisin ürəyində Azərbaycan etno-caz musiqisi” adlı konsert proqramı təşkil edilib. Azərbaycanın milli musiqi aləti olan tarın səhnədə baş rolda olması konsertə xüsusi əhəmiyyət verirdi. 

 

Konsertdə tanınmış gənc tarzən Şəhriyar İmanovun ifasında, pianoçu Etibar Əsədli, zərb alətlərində Elvin Bəşirov və gitarada Ruslan Hüseynovun müşayiəti ilə Azərbaycan xalq mahnıları, bəstəkar Səid Rüstəmovun və Şəhriyar İmanovun əsərləri təqdim edilib.



22.JPG
23.JPG
24.JPG
25.JPG