002.JPG
22 noyabr 2011

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva BMT-nin Azərbaycan üzrə rezident-əlaqələndiricisi Fikrət Akçuranın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva noyabrın 22-də Fondda BMT-nin Azərbaycan üzrə rezident-əlaqələndiricisi Fikrət Akçuranın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.


Görüşdə Fikrət Akçura Leyla xanım Əliyevaya BMT-nin sertifikatını və xüsusi vəsiqəsini təqdim etdi.


Leyla xanım Əliyeva Heydər Əliyev Fondunun BMT-nin İnkişaf Proqramı ilə birgə başladığı “2012-ci ildə keçiriləcək Rio+20 Sammitinə hazırlıq məqsədilə Azərbaycan gənclərinin səfərbər edilməsi” layihəsinin direktoru təyin edildi.


Dünyanın ən mötəbər beynəlxalq təşkilatının sertifikatı Leyla xanım Əliyevaya dünyada ekoloji problemlərin, iqlim dəyişikliyinin, kataklizmlərin, təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması ilə bağlı onun irəli sürdüyü ideyalara və təşəbbüslərə görə verildi. Leyla xanım Əliyevaya təqdim olunan vəsiqə isə onun artıq BMT ailəsinin rəsmi üzvü olduğunu təsdiqləyir.



FOTO