Nərimanov rayonunda 80 saylı körpələr evi-uşaq bağçası

  • Layihə
  • Foto

Bakının Nərimanov rayonunda yerləşən 80 saylı körpələr evi-uşaq bağçası Heydər Əliyev Fondunun “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramı çərçivəsində əsaslı şəkildə yenidən qurulub. 2018-ci il martın 6-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva təhsil müəssisəsinin açılış mərasimində iştirak edib.  

 

Bina ikimərtəbəlidir və dörd korpusdan ibarətdir. Müəssisə 150 yerlikdir və burada 8 qrup fəaliyyət göstərir. Təhsil müəssisəsində Azərbaycan və rus bölmələri ilə yanaşı, pilot layihə kimi ingilisdilli qrup da yaradılıb. Uşaq bağçası zəruri mebel-inventar və avadanlıqla təchiz edilib. Binada videomüşahidə, yanğınxəbərverici və müasir işıqlandırma sistemləri quraşdırılıb.

 

Həyətyanı ərazidə geniş abadlıq işləri aparılıb, həmişəyaşıl ağaclar əkilib, təbii ot örtüyü salınıb, uşaqların istirahəti üçün kölgəliklər və əyləncə qurğuları quraşdırılıb, balacaların sevimli cizgi filmlərinin qəhrəmanlarının heykəlləri qoyulub. 



004.JPG
005.JPG
006.JPG
007.JPG
008.JPG
009.JPG
010.JPG
011.JPG
012.JPG