20 aprel 2010

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Şəmkirdə qanvermə aksiyası keçirilib

Aprelin 20-də Şəmkirdə irsi qan xəstəliklərindən əziyyət çəkən insanlara yardım məqsədilə qanvermə aksiyası keçirilmişdir.

 

Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən aksiyaya rayonun idarə və müəssisələrinin nümayəndələri qoşulmuşlar.

 

Tibbi prosedurları Mərkəzi Rayon Xəstəxanası əməkdaşları və Respublika Qan Bankının həkim briqadası aparmışlar.

 

Qan vermək istəyənlərə müayinə olunduqdan sonra aksiyaya qoşulmağa icazə verilmişdir. Verilən hər qan nümunəsi isə laborator müayinədən keçirilmişdir.