3 oktyabr 2010

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Göz Xəstəlikləri İnstitutunun həkimləri Daşkəsəndə xeyriyyə aksiyası keçiriblər

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Akademik Zərifə Əliyeva adına Azərbaycan Göz Xəstəlikləri İnstitutunun peşəkar tibb işçilərindən ibarət həkim briqadası Daşkəsəndə xeyriyyə aksiyası keçirmişdir.


Müxtəlif xarici ölkələrdə peşə hazırlığı keçmiş yüksək ixtisaslı həkimlər gün ərzində 80 nəfərədək xəstəni müayinə etmişlər. Bunlardan 60 nəfəri yaşlı, 20 nəfəri isə yeniyetmə və azyaşlılardır. Aksiya zamanı Bakıdan gətirilmiş müasir avadanlıqlar vasitəsilə müayinə edilən xəstələrdən 4 nəfərinin gözündə cərrahiyyə əməliyyatı aparılmış, 20 nəfərə isə paytaxtda müalicə və əməliyyat olunmaq üçün göndəriş verilmişdir.

 

Müayinədən keçən xəstələr onlara yüksək səviyyədə xidmət göstərən həkimlərə və Heydər Əliyev Fonduna minnətdarlıqlarını bildirmişlər.