24 sentyabr 2010

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Lerikdə qanvermə aksiyası keçirilib

Sentyabrın 24-də Lerik Rayon Mərkəzi Xəstəxanasında Heydər Əliyev Fondunun təşəbbüsü ilə qanvermə aksiyası keçirilmişdir.

 

Rayonda ilk dəfə keçirilən humanitar tədbirin birinci günü Bahadur Eyvazov adına Hematologiya və Transfiziologiya İnstitutunun 5 əməkdaşından ibarət həkim briqadası 300 nəfərdən qan götürmüşdür.

 

Aksiyanın məqsədi toplanan qanın talassemiyalı, hemofiliyalı xəstələrə, doğuş zamanı çoxlu qan itirən hamilə qadınlara, eləcə də bədbəxt hadisələr zamanı ehtiyacı olan xəstələrə köçürməkdir.

 

Qanvermə aksiyasında qeydiyyata alınanların sayı 1000 nəfəri ötmüşdür.

 

Aksiya qeydiyyata alınanların sayından asılı olaraq 3-4 gün davam edəcəkdir. Əldə olunan qanlar Bakı şəhərində müayinə olunduqdan sonra Mərkəzi Qan Bankına təhvil veriləcəkdir.


Paylaş: