30 noyabr 2009

Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın rəhbərliyi və dəstəyi ilə Moskvada “Sağlamlığına əmin ol, xəstəliyə yox de!” devizi altında xeyriyyə aksiyası təşkil edilib

Noyabrın 30-da Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı – RAGT İ.M.Seçenov adına Moskva Tibb Akademiyasının Azərbaycan klubunun köməyi ilə “Sağlamlığına əmin ol, xəstəliyə yox de!” devizi altında xeyriyyə aksiyası keçirmişdir.


Piroqov adına Rusiya Tibb Universitetinin urologiya kafedrasının professoru Səfər Həmidovun başçılıq etdiyi “İntelMed” özəl klinikasında həmvətənlərimiz və rusiyalılar pulsuz müayinə olunmuşlar. Aksiya RAGT-ın Azərbaycan klubları nümayəndələrinin klinikanın həkimləri tərəfindən hərtərəfli müayinə olunması məqsədi daşımışdır. Yüksək ixtisaslı həkimlərin (uroloq, terapevt, dermatoloq, stomatoloq, kardioloq, endokrinoloq, bütün orqanların ultrasəs müayinəsi, periferiya damarlarının dupleks skanlaşdırılması, Exo-KQ və EKQ) müayinəsindən 70-dən yuxarı aksiya iştirakçısı keçmişdir.

 

İ.M.Seçenov adına Moskva Tibb Akademiyasının aspirantı, RAGT-ın nəzarət-təftiş komissiyasının üzvü Samir Əliyev bildirmişdir ki, aksiya RAGT-ın sədri, Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin başçısı Leyla Əliyevanın rəhbərliyi və dəstəyi ilə təşkil olunmuşdur. Onun sözlərinə görə, Azərbaycan gənclərinin sağlamlığına qayğı göstərilməsi RAGT-ın xüsusi diqqət yetirdiyi prioritet istiqamətlərdən biridir. S.Əliyev demişdir: “Bu aksiya gənclər təşkilatının hamı üçün açıq olduğunu bir daha nümayiş etdirdi. Həm həmvətənlərimiz, həm də Rusiya vətəndaşları pulsuz müayinə olunmaq imkanı qazandılar. Hər bir aksiya iştirakçısı bir neçə həkim tərəfindən müayinə olundu və ixtisaslı məsləhət aldı. Həmin gün 200-dək müxtəlif tibbi müayinə aparılmışdı”.

 

S.Əliyev Moskva Tibb Akademiyasının Azərbaycan klubunun təşəbbüsünü dəstəklədiyi üçün RAGT-ın sədri Leyla Əliyevaya, həmvətənlərimizin pulsuz müayinə olunmasına şərait yaratdığı üçün “İntelMed” klinikasının baş həkmi Səfər Həmidova Azərbaycan gəncləri və aksiya iştirakçıları adından minnətdarlığını bildirmişdir.


Paylaş: