HOREV TIBB MERKEZI -ZIRA-HEYDAR ALIYEV FONDUNUN DESTEYILE.JPG
25 avqust 2008

Heydər Əliyev Fondunun dəstəyi ilə Zirədə onkoloji xəstəliklərin müayinəsi keçirilib

Avqustun 25-də İsrailin “Horev” tibb mərkəzinin professorları Zirədə qadınlarda onkoloji xəstəliklərin müayinəsini keçirmişlər.


Heydər Əliyev Fondunun dəstəyi ilə Zirədəki müalicə-diaqnostika mərkəzində təşkil olunan seanslar İsraildən gəlmiş 4 professor tərəfindən həyata keçirilmişdir. İlk dəfə təşkil edilən tədbirdə Bakının müxtəlif kənd və qəsəbələrindən 40-dan çox qadın təmənnasız müayinə olunmuşdur.

 

“Horev” tibb mərkəzinin baş terapevti, professor Roman Barak jurnalistlərə müsahibəsində bu təşəbbüsün həyata keçməsində Heydər Əliyev fondunun dəstəyini xüsusi vurğulamışdır. Bildirmişdir ki, bu layihədən əsas məqsəd qadınlarda ginekoloji və onkoloji xəstəliklərin müalicəsində yeni metodların daha geniş şəkildə tətbiqinə yardım etməkdir. Azərbaycanda yeni müayinə metodları ilə diaqnozu biz qoyacaq, xəstəliyin müalicəsi ilə yerli həkimlər məşğul olacaqdır.

 

“Horev” tibb mərkəzinin professorları avqustun 26-da Yevlaxda, daha sonra isə Gəncədə bu cür müayinələr təşkil edəcəklər.


FOTO

Paylaş: