DSC06707qan.jpg
7 yanvar 2013

Zərdabda qanvermə aksiyası keçirilib

Heydər Əliyev Fondunun və Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü və birgə təşkilatçılığı ilə Zərdabda növbəti qanvermə aksiyası keçirilib.

 

Talassemiya və hemofiliyadan əziyyət çəkən xəstələrə kömək məqsədi ilə təşkil olunan aksiyada idarə, müəssisə və təşkilatlarda, təhsil, səhiyyə və mədəniyyət ocaqlarında çalışan 300 nəfərdən çox zərdablı iştirak edib. B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının həkim briqadası tərəfindən müayinə edilərək sağlamlıq vəziyyəti imkan verən könüllülərdən 26 litr qan götürülüb.


FOTO

Paylaş: