05_qan_verma_aksiya_moskva.gif
15 iyun 2013

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada “Qanın milləti yoxdur” adlı xeyriyyə aksiyası keçirilib

İyunun 14-də Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) sədri Leyla Əliyevanın təşəbbüsü və İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin dəstəyi ilə “Qanın milləti yoxdur” adlı növbəti xeyriyyə aksiyası keçirilib.


İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin professoru Əliheydər Rəhimovun rəhbərlik etdiyi kliniki transfuziologiya və hematologiya kafedrasında artıq altı ildir dalbadal keçirilən aksiyalar çərçivəsində Moskva ali məktəblərinin onlarla tələbəsi hemofiliya və talassemiya xəstəsi olan uşaqlar üçün qan veriblər.


RAGB-nin nəzarət-təftiş komissiyasının üzvü Samir Əliyev gənc azərbaycanlıların bu tədbiri altı ildir keçirdiklərini bildirib. Bu il aksiyada Moskvanın ali məktəblərinin 100-dək tələbəsi iştirak edib. Onların arasında müxtəlif millətlərin nümayəndələri - Braziliya, İsrail, Səudiyyə Ərəbistanı, Malayziya, Özbəkistan və digər ölkələrdən tələbələr var.


Aksiyada tələbələrlə yanaşı, əcnəbi tələbələrlə iş dekanlığının və beynəlxalq şöbənin əməkdaşları, ali təhsil ocağının müəllimləri, eləcə də Azərbaycanın Rusiyadakı səfirliyinin nümayəndələri fəal iştirak ediblər.


FOTO

Paylaş: