12 oktyabr 2014

Qaradağda Heydər Əliyev Fondu tərəfindən xeyriyyə aksiyası keçirilib

Oktyabrın 12-də Qaradağ rayonunun Lökbatan və Sahil qəsəbələrində yerləşən 19 və 23 nömrəli birləşmiş şəhər xəstəxanalarında valideyn himayəsindən məhrum olmuş və aztəminatlı ailələrin uşaqları üçün sünnət aksiyası keçirilib.


Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən aksiya zamanı 1-10 yaş arasında 120 uşaq üzərində əməliyyat aparılıb.


Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov çıxışında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın uşaqların problemlərinin həlli ilə bağlı gördüyü işləri xüsusi qeyd edib.


Uşaqlara Heydər Əliyev Fondu tərəfindən hədiyyələr də təqdim olunub.