14192828614681112923_750x500.jpg
22 dekabr 2014

Heydər Əliyev Mərkəzində böyük rus şairi Mixail Lermontovun 200 illik yubileyi ilə bağlı musiqili gecə keçirilib

Dekabrın 22-də Heydər Əliyev Mərkəzində Mixail Lermontovun 200 illik yubileyi ilə bağlı tədbirlər çərçivəsində görkəmli rus şairinin ədəbi-bədii yaradıcılığına həsr olunmuş musiqili gecə keçirilib.

 

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Fondun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva tədbirdə iştirak ediblər.


Mehriban Əliyeva, Leyla Əliyeva, Arzu Əliyeva və “Lermontov irsi” Assosiasiyasının prezidenti Mixail Lermontov əvvəlcə şairin 200 illiyi ilə bağlı təşkil edilmiş sərgi ilə tanış olublar.


Leyla Əliyeva tədbirdə çıxış edib.

 

Sonra çıxış edən Mixail Lermontov şairin yaddaqalan əsərlərinin Qafqazda ərsəyə gəldiyini deyib, Azərbaycanda şairin yaradıcılığına bəslənilən hörmətdən məmnunluğunu ifadə edib. O, tədbirin təşəbbüskarları və təşkilatçılarına minnətdarlığını bildirib.


Daha sonra Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestrinin, Azərbaycan Dövlət xor kapellasının müşayiəti ilə Azərbaycan və Rusiyanın mədəniyyət, incəsənət xadimlərinin ifasında şairin yaradıcılığı ilə bağlı əsərlər, filmlərdən fraqmentlər və şeirlər səsləndirilib. Tədbirin sonunda Lermontovun “Mələk” əsərinin dünya premyerası olub.


Sonda Mehriban Əliyeva tədbirdə iştirak edən tanınmış incəsənət xadimləri Pyer Şeremetyev, Huquet Şeremetyeva və Kolett Tolstaya ilə görüşüb. Qonaqlar Mehriban Əliyevaya Lermontovun 200 illik yubileyi ilə bağlı tədbirlərin təşkilinə görə minnətdarlıqlarını bildiriblər.


FOTO

VİDEO

Paylaş: