21 dekabr 2011

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Şamaxı Müalicə-Diaqnostika Mərkəzində göz əməliyyatları həyata keçirilir

Dekabrın 21-dən etibarən Mərkəzi Neftçilər Xəstəxanası Göz Mərkəzinin yüksək ixtisaslı həkim-mütəxəssisləri Şamaxı Müalicə-Diaqnostika Mərkəzində göz əməliyyatları həyata keçirirlər. 


Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən (ARDNŞ) bildirmişlər ki, Heydər Əliyev Fondunun təşəbbüsü, ARDNŞ-in maliyyə dəstəyi ilə həyata keçirilən humanitar aksiya 2 gün davam edəcəkdir. Aksiya zamanı Şamaxı ilə yanaşı, ətraf rayonların da müxtəlif göz xəstəliklərindən əziyyət çəkən 30-dək sakini əməliyyat olunacaqdır. Xəstəxananın Göz Mərkəzinin mütəxəssisləri, eyni zamanda, Şamaxı Müalicə-Diaqnostika Mərkəzində görmə problemi ilə üzləşən 200-dək şəxsi də müayinə edəcəklər.


Paylaş: