Aprelin 16-da İqtisadiyyat və Sənaye Nazirliyinin əməkdaşları Heydər Əliyev Fondunun “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində talassemiyadan əziyyət çəkən uşaqlara yardım etmək məqsədilə qan veriblər.
Müəyyənləşdirilmiş qrafik üzrə nazirliyin qurumlarında da qanvermə aksiyası keçirilib, “Sumqayıt Kimya Sənaye Parkı” MMC-də və Azərbaycan İnvestisiya Şirkətində qanvermə aksiyası təşkil olunub.
Nazirliyin digər qurumlarında da xeyriyyə tədbirlərinin keçirilməsi nəzərdə tutulur.
Paylaş: