1456840461159076699_1000x669.jpg
1 mart 2016

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya “2015-ci ilin adamı” mükafatı təqdim edilib

Martın 1-də Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevaya ANS Şirkətlər Qrupunun və Milli Qəhrəman Çingiz Mustafayev adına Fondun “2015-ci ilin adamı” mükafatının təqdim edilməsi mərasimi keçirilib.


Mərasimdə ANS Şirkətlər Qrupunun vitse-prezidenti Mirşahin Ağayev və ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev çıxış ediblər.


Sonra Mehriban Əliyevanın fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.


Mehriban Əliyeva “2015-ci ilin adamı” mükafatına Bakı-2015 birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkili və keçirilməsindəki müstəsna roluna, Azərbaycanın müsbət imicinin dünyada tanınması istiqamətində gördüyü işlərə, ölkədə multikulturalizm ənənələrinin qorunub saxlanmasına verdiyi töhfəyə və davamlı xeyriyyəçilik fəaliyyətinə görə layiq görülüb.


Mərasimdə Mehriban Əliyevaya “2015-ci ilin adamı” mükafatının diplomu və pul mükafatı təqdim olunub.


Mehriban Əliyeva mərasimdə çıxış edib.


Sonda xatirə şəkli çəkdirilib.


FOTO

VİDEO