011.JPG
31 may 2018

Həştərxanda Rusiya Azərbaycanlı Gənclər Birliyi regional nümayəndəliklərinin təmsilçiləri ilə görüş keçirilib

Mayın 31-də Həştərxanda Rusiya Azərbaycanlı Gənclər Birliyi (RAGB) regional nümayəndəliklərinin təmsilçiləri ilə görüş keçirilib.

 

Görüşdə Heydər Əliyev Fondunun vitse-prezidenti, RAGB-nin sədri Leyla Əliyeva iştirak edib.

 

Əvvəlcə RAGB-nin Azərbaycan-Rusiya dostluq münasibətlərinin möhkəmləndirilməsi istiqamətində gördüyü işlərdən bəhs edən sənədli film nümayiş etdirilib. Filmdə qeyd olunur ki, RAGB Rusiyanın ən fəal gənclər təşkilatlarından biridir. Azərbaycanın və Rusiyanın görkəmli siyasi və ictimai xadimləri RAGB-in fəaliyyətini yüksək qiymətləndirir, təşkilatın gördüyü işlərin əhəmiyyətini vurğulayırlar.

 

Leyla Əliyeva görüşdə çıxış edib.

 

Sonra Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov görüşdə çıxış edərək Azərbaycan ilə Həştərxan vilayəti arasında əlaqələrin möhkəmlənməsində RAGB-nin, gənclərin rolundan danışıb.

 

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu çıxışında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya və onun rəhbərlik etdiyi RAGB təşkilatına Azərbaycan-Rusiya münasibətlərinin dərinləşməsi istiqamətində gördüyü işlərə görə təşəkkürünü bildirib. Səfir Azərbaycan gənclərini Rusiyada daha fəal olmağa çağırıb.

 

Daha sonra RAGB-in regional bölmələrinin fəalları çıxış ediblər.

 

Tədbirdə RAGB-in sədri Leyla Əliyeva təşkilatın fəallarına diplomlar təqdim edib.

 

XXX

 

Leyla Əliyeva Həştərxana səfəri çərçivəsində vilayətin qubernatoru Aleksandr Jilkinlə və nümayəndə heyətinin üzvləri ilə birlikdə nərə balıqlarının Volqa çayına buraxılması mərasimində iştirak edib.

 

XXX

 

Leyla Əliyeva və Həştərxanda olan Azərbaycan nümayəndə heyəti Prezident İlham Əliyevin təşəbbüsü və Heydər Əliyev Fondunun dəstəyi ilə Knyaz Vladimirin Həştərxanda ucaldılmış abidəsini ziyarət ediblər.

 

XXX

 

Sonra Həştərxan Opera və Balet Teatrında Azərbaycan və Rusiya incəsənət ustalarının iştirakı ilə böyük konsert proqramı olub.

 

Tədbir atəşfəşanlıqla başa çatıb.


FOTO

VİDEO