9 iyul 2011

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Lənkəranda könüllü qanvermə aksiyası keçirilib

İyulun 9-da Heydər Əliyev Fondunun təşəbbüsü ilə Lənkəranda “Qan ver, yaşat” devizi altında könüllü qanvermə aksiyası keçirilmişdir.


Lənkəran Mərkəzi Rayon Xəstəxanasında 500-ə yaxın rayon sakini bu təşəbbüsə qoşulmuş və insanların həyatı naminə qan vermişlər.


Toplanan qan laboratoriyada müayinədən keçirilərək hemofiliyalı və talassemiyalı xəstələrin müalicəsində istifadə olunacaqdır.


Paylaş: