IMG_2698.JPG
15 iyun 2018

Heydər Əliyev Fondu Bolnisi və Qardabani rayonlarına təcili tibbi yardım avtomobili hədiyyə edib

Heydər Əliyev Fondu Gürcüstanın Bolnisi rayonuna təcili tibbi yardım avtomobili hədiyyə edib.

 

Gürcüstanda səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov avtomobili iyunun 15-də rayon rəhbərliyinə təqdim edib.

 

Qeyd edək ki, avtomobil bütün lazımi, müasir texniki avadanlıqla təmin olunub.

 

Avtomobil reanimasiya xidmətlərini də yerinə yetirməyə qadirdir.

 

XXX

 

Heydər Əliyev Fondu soydaşlarımızın yığcam yaşadıqları Qardabani rayonuna bütün lazımi texniki avadanlıqla təchiz edilmiş təcili tibbi yardım avtomobili hədiyyə edib.

 

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Gürcüstanın Qardabani rayonunda ictimaiyyət nümayəndələri ilə görüşü zamanı avtomobili rayon ictimaiyyətinə təqdim edib.



FOTO