12 may 2021

«Xarıbülbül» musiqi festivalı

  • Layihə
  • Foto

2021-ci il mayın 12-13-də Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Azərbaycanın mədəniyyət paytaxtı Şuşada “Xarıbülbül” musiqi festivalı keçirilib.

 

Festival çərçivəsində Cıdır düzündə Azərbaycanda yaşayan müxtəlif xalqların musiqi yaradıcılığı “Azərbaycan musiqisində multikulturalizm” mövzusunda təqdim edilib, xalq mahnıları və klassik musiqidən ibarət proqram təşkil olunub.

 

Festivalda Xalq artistləri Alim Qasımov, Azərin, Dinarə Əliyeva, Elçin Əzizov, Əlixan Səmədov, Fərhad Bədəlbəyli, Mənsum İbrahimov, Murad Adıgözəlzadə, Natiq Şirinov, Polad Bülbüloğlu, Samir Cəfərov, Teyyub Aslanov, Yusif Eyvazov, Əməkdar artistlər Fərqanə Qasımova, Mirələm Mirələmov, Sahib Paşazadə, Şəhriyar İmanov, Şirzad Fətəliyev və digər ifaçılar çıxış ediblər.

 

Həmçinin, əfsanəvi Bülbülün, Seyid Şuşinksinin, Xan Şuşinskinin, Rəşid Behbudovun, Şövkət Ələkbərovanın Azərbaycanı və Qarabağı vəsf edən unudulmaz ifaları səsləndirilib.

 

Mayın 13-də keçirilən qala konsertdə isə Xalq artistləri Rauf Abdullayev, Yalçın Adığözəlov, Əməkdar artist Fuad İbrahimov və Murtuza Bülbülün dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və Xalq artisti Gülbacı İmanovanın bədii rəhbərliyi ilə Azərbaycan Dövlət Xor Kapellası çıxış edib. Konsertdə Fikrət Əmirovun, Ələkbər Tağıyevin, Qara Qarayevin, Müslüm Maqomayevin, Niyazinin, Tofiq Quliyevin, Üzeyir Hacıbəylinin, Vasif Adığözəlovun və digər bəstəkarların əsərləri təqdim olunub.

 

001.JPG
004.JPG
007.JPG
009.JPG
010.JPG
012.JPG
013.JPG
014.JPG
015.JPG
016.JPG
017.JPG
018.JPG
019.JPG
020.JPG
022.JPG
023.JPG
024.JPG
025.JPG
026.JPG
027.JPG
028.JPG
029.JPG
030.JPG
033.JPG
034.JPG
035.JPG
036.JPG
038.JPG
041.JPG
043.JPG
044.JPG
045.JPG
046.JPG
047.JPG
048.JPG
049.JPG
050.JPG
051.JPG
052.JPG
053.JPG
054.JPG
055.JPG
056.JPG
057.JPG
058.JPG
059.JPG
060.JPG
061.JPG
062.JPG