Şəki şəhərində körpələr evi-uşaq bağçası

  • Layihə
  • Foto
  • Video


Şəki şəhərində yerləşən körpələr evi-uşaq bağçası Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramı çərçivəsində inşa edilib. Tikinti işlərinə 2014-cü ilin dekabrında başlanılıb. 2015-ci il noyabrın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev körpələr evi-uşaq bağçasının açılışında iştirak edib.

 

Ümumi sahəsi 3490 kvadratmetr olan bina üçmərtəbəlidir. 160 yerlik körpələr evi-uşaq bağçasında 8 qrup fəaliyyət göstərir. Müəssisədə 8 yataq otağı, yeməkxana, tibb otağı, oyun və musiqi zalı, metodiki kabinet və digər müxtəlif təyinatlı otaqlar yaradılıb. Bağçanın həyətində uşaqların əylənməsi üçün meydança yaradılıb, attraksionlar quraşdırılıb.



001.JPG
007.JPG
008.JPG
009.JPG
010.JPG