Suraxanı rayonundakı 2 saylı uşaq evi üçün Zirə qəsəbəsində inşa edilən “Dalğa” yay düşərgəsi

  • Layihə
  • Foto
  • Video

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bakının Xəzər rayonunun Zirə qəsəbəsində Suraxanı rayonundakı 2 saylı uşaq evi üçün “Dalğa” yay düşərgəsi inşa edilib.

 

Tikinti işlərinə 2015-ci ilin yanvarında başlanılıb və işlər 2016-cı ilin may ayında yekunlaşıb. 2016-cı il iyunun 22-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva uşaq düşərgəsinin açılış mərasimində iştirak ediblər.

 

Düşərgənin ümumi sahəsi 21 min kvadratmetrdən çoxdur. 120 nəfər üçün nəzərdə tutulan müəssisədə 3 yaşdan 18 yaşadək uşaqlar üçün yay istirahəti təşkil ediləcək.

 

Düşərgənin kitabxanasında bir çox sahələrə dair ədəbiyyat toplanıb. Burada, həmçinin oyun zalı, emalatxana, dərs, istirahət otaqları da var. İkinci və üçüncü mərtəbə isə yataq korpusu üçün ayrılıb.

 

Düşərgədə idman meydançaları da var. Uşaq istirahət müəssisəsinin həyətini müxtəlif ağac və dekorativ kollar bəzəyir, burada uşaqların əylənmələri və istirahəti üçün maraqlı guşələr yaradılıb. 


001.JPG
006.JPG
007.JPG
008.JPG
009.JPG
010.JPG
011.JPG
012.JPG
013.JPG
014.JPG