Maştağa qəsəbəsində 9 saylı sanator tipli körpələr evi-uşaq bağçası

  • Layihə
  • Foto
  • Video

Bakının Sabunçu rayonunun Maştağa qəsəbəsində yerləşən 9 saylı sanator tipli körpələr evi-uşaq bağçası Heydər Əliyev Fondunun “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramı çərçivəsində yenidən qurulub.

 

1942-ci ildən fəaliyyət göstərən təhsil müəssisəsi sanator tiplidir və uşaq müəssisəsinə vərəm xəstəliyinin sönük formasında olan uşaqların qəbulu Vərəm Dispanserinin göndərişi əsasında həyata keçirilir. 2014-cü ilin sentyabrında müəssisənin birmərtəbəli köhnə binası sökülərək yerində yeni binanın inşasına başlanılıb. 2018-ci il martın 6-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva körpələr evi-uşaq bağçasının açılış mərasimində iştirak edib.

 

Bina ikimərtəbəlidir. 120 yerlik bağçada beşi Azərbaycan, biri rus bölməsi olmaqla 6 qrup fəaliyyət göstərir.

 

Binada videomüşahidə, yanğınxəbərverici sistemlər quraşdırılıb, müəssisə zəruri mebel-inventar və avadanlıqla təchiz edilib. Həyətyanı ərazi abadlaşdırılıb, mindən çox müxtəlif növ həmişəyaşıl ağac əkilib, uşaqların istirahəti üçün əyləncə qurğuları quraşdırılıb.



006.JPG
007.JPG
008.JPG
009.JPG
010.JPG
011.JPG
012.JPG
013.JPG