Şamaxı rayonunun Sabir qəsəbəsində körpələr evi-uşaq bağçası

  • Layihə
  • Foto


Şamaxı rayonunun Sabir qəsəbəsində yerləşən körpələr evi-uşaq bağçasının yeni binası Heydər Əliyev Fondu tərəfindən inşa olunub.

 

Sabir qəsəbəsindəki körpələr evi-uşaq bağçası 1970-ci ildən fəaliyyət göstərir. Məktəbəqədər təhsil müəssisəsi 1968-ci ildə inşa olunmuş uşaq bağçasına uyğunlaşdırılmış yaşayış binasında yerləşirdi. Bina ötən illər ərzində fiziki cəhətdən köhnəlmiş və istifadəyə yararsız vəziyyətə düşmüşdü. Bu səbəbdən körpələr evi-uşaq bağçası üçün yeni bina inşa edilib.

 

160 yerlik körpələr evi-uşaq bağçasında balacalar üçün yataq və oyun otaqları, idman və musiqi zalları, tibb otağı və digər inzibati və texniki otaqlar mövcuddur. Məktəbəqədər təhsil müəssisəsi zəruri mebel və avadanlıqlarla tam təchiz edilib. Həyətyanı ərazisində yenidənqurma və yaşıllaşdırma işləri aparılıb, uşaq əyləncə qurğuları, qruplar üçün söhbətgahlar quraşdırılıb.


1_resize.jpg
2_resize.jpg
3_resize.jpg
8_resize.jpg
9_resize.JPG
10_resize.JPG
11_resize.jpg
12_resize.JPG
13_resize.jpg
14_resize.jpg