Zirə qəsəbəsində 120 nömrəli tam orta məktəb

  • Layihə
  • Foto


Xəzər rayonu Zirə qəsəbəsindəki Nüsrət Yaqubov adına 120 nömrəli tam orta məktəb Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilib. 1960-cı ildə tikilən iki korpusdan ibarət məktəb yarasız vəziyyətdə olduğundan 2011-ci ilin avqust ayında sökülərək yerində 5 korpuslu yeni təhsil ocağı inşa edilib. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva 2012-ci il sentyabrın 14-də məktəbin açılışında iştirak edib. 

 

5 korpusdan ibarət olanda məktəbdə 54 sinif otağı, fənn kabinetləri, zəngin kitab fonduna malik kitabxana, elektron kitabxana, kompyuter və linqafon otaqları, akt və konfrans, şagirdlər üçün istirahət zalları, yeməkxana, bufet, müəllim otaqları vardır. Hazırda məktəbdə 1404 şagirdin təhsil almaq imkanı vardır.

 

Məktəbin həyəti abadlaşdırılıb, bəzək kolları və dekorativ ağaclar əkilib, şagirdlər üçün istirahət guşələri yaradılıb.

 

52 tamaşaçı yeri olan idman meydançasına süni ot örtüyü döşənib. Burada qaçış zolağı, basketbol, voleybol, tennis və mini futbol meydançaları da vardır. Meydançada, həmçinin hərbi hazırlıq təlimlərinin keçirilməsi də mümkündür.



01.jpg
02.jpg
03.jpg
04.jpg
05.jpg
06.jpg
07.jpg
08.jpg