11 fevral 2008

Londonda ingilis dilində Qarabağ həqiqətlərindən bəhs edən kitab nəşr olunub

Londonda ingilis dilində Qarabağ həqiqətlərindən bəhs edən kitab nəşr olunmuşdur. Kitab Xarici İşlər Nazirliyi və Heydər Əliyev Fndunun dəstəyi ilə işıq üzü görmüşdür.

 

Bu münasibətlə səfirlikdə təşkil edilmiş tədbirdə Londonda akkreditə olunmuş səfirliklərin, Britaniya beynəlxalq tədqiqat mərkəzlərinin, yerli türk və Azərbaycan icmalarının, Britaniyanın müxtəlif universitetlərində təhsil alan azərbaycanlı və xarici tələbələrin nümayəndələri, Azərbaycanla və bütövlükdə regionla maraqlanan müstəqil tədqiqatçılar iştirak etmişlər.

 

Tədbirdə çıxış edənlər “Qarabağ haqqında həqiqətlər seriyasından” növbəti kitabın Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırılması baxımından növbəti mühüm addım olduğunu qeyd etmiş, milli, tarixi və mədəni irsimizin təbliğ olunmasında baxımından qiymətli tədqiqat işi olduğunu söyləmişlər. Bildirilmişdir ki, kitabda Dağlıq Qarabağın əzəli Azərbaycan torpağı olması haqqında xüsusilə xarici iştirakçılar üçün əsaslı dəlillər gətirilir, Alban memarlıq abidələrinin sonradan erməniləşdirilməsi haqqında tarixi mənbələrə istinad edərək onların keçmişi və indiki vəziyyəti haqqında ətraflı məlumat verilir.

 

Təqdimat mərasimində vurğulanmışdır ki, kitab Qarabağ problemi ilə bağlı xarici tədqiqatçı və alimlərin istinad edəcəyi qiymətli mənbə rolunu oynayacaqdır.


Tədbirin sonunda qədim dövr alban tarixinə aid milli, mədəni və tarixi abidələr haqqında sənədli film nümayiş etdirilmişdir.